Rusiya Federasiyasının Rumıniyadakı səfiri Vladimir Lipaev noyabrın 11-nə keçən gecə Rusiya pilotsuz təyyarəsinin guya respublikanın hava məkanını pozması ilə bağlı ona etiraz bildirilməsi üçün ölkənin XİN-ə çağırılmasını “fotosessiya ilə müşayiət olunan teatrlaşdırılmış nümayiş” adlandırıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, səfir müsahibəsində deyib:
“Rumıniyalı diplomatlara izah olundu ki, Rusiya silahlı qüvvələri üçün mülki obyektlər heç vaxt və heç bir halda hədəf olmayıb və olmayacaq. Bunun əksinə olaraq, Ukrayna hərbi birləşmələri qorunan hərbi obyektləri vura bilmədikləri üçün məhz mülki infrastruktura terror xarakterli zərbələr endirirlər.”