Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Yaşar Gülər azərbaycanlı və gürcüstanlı həmkarı ilə təyyarə qəzasını müzakirə edib
siyasət

Yaşar Gülər azərbaycanlı və gürcüstanlı həmkarı ilə təyyarə qəzasını müzakirə edib

11-11-2025 23:00 21 Baxış
IMG

Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında telefon danışığı baş tutub.

 

Tvit.az xəbər verir ki, bu barədə "Milliyət" məlumat yayıb.

 

"Milli müdafiə naziri Yaşar Gülər ​​Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəmizin qalıqlarının axtarışı və xilasetmə işləri ilə bağlı Gürcüstanın müdafiə naziri İrakli Çikovani, Azərbaycanın müdafiə maziri general Zakir Həsənov və Azərbaycanın Baş Qərargah rəisi general Kərim Vəliyevlə telefonla danışıb", - məlumatda bildirilib.