Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Ceyhun Bayramov Hakan Fidanla danışdı
siyasət

Ceyhun Bayramov Hakan Fidanla danışdı

11-11-2025 22:00 18 Baxış
IMG

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana zəng vurub.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

 

C.Bayramov Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar başsağlığı diləklərini çatdırıb, vəfat edən təyyarə heyəti və hərbçilərə Allahdan rəhmət, doğmalarına səbir arzulayıb.

 

Qəza ilə əlaqədar Azərbaycan tərəfinin Türkiyənin və Gürcüstanın aidiyyəti dövlət qurumları ilə təmasda olduğu barədə məlumat verilib. Azərbaycanın qəzanın nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazır olduğu bildirilib.

 

Hakan Fidan başsağlığına və bu ağır gündə göstərilən dəstəyə görə təşəkkür edib.