Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Moskvadan Rusiya - Ərəb sammiti ilə bağlı açıqlama
dünya

Moskvadan Rusiya - Ərəb sammiti ilə bağlı açıqlama

31-10-2025 22:00 33 Baxış
IMG

Moskva Rusiya-ərəb sammitinin bütün iştirakçılar üçün mümkün qədər əlverişli vaxtda keçirilməsi üzərində işləyir.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin TASS-a bildirib.

“Hazırda elə bir vaxt müəyyən etməyə çalışırıq ki, həm bizim, həm də dostlarımız üçün maksimal dərəcədə uyğun olsun,” – deyə nazir müavini qeyd edib.

Xatırladaq ki, oktyabrın 9-da Rusiya prezidenti Vladimir Putin və Ərəb Dövlətləri Liqası sammitinin fəaliyyətdə olan sədri, İraqın baş naziri Məhəmməd əs-Sudani telefon danışığı zamanı 15 oktyabrda keçirilməsi planlaşdırılan Rusiya-ərəb sammitinin təxirə salınmasını məqsədəuyğun hesab ediblər. Kreml bildirir ki, bu qərar ABŞ prezidenti Donald Trampın Qəzza sektorunda normallaşma planının fəal mərhələyə keçməsi ilə bağlı olub.

Aysel Şirinova