Moskva Rusiya-ərəb sammitinin bütün iştirakçılar üçün mümkün qədər əlverişli vaxtda keçirilməsi üzərində işləyir.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin TASS-a bildirib.
“Hazırda elə bir vaxt müəyyən etməyə çalışırıq ki, həm bizim, həm də dostlarımız üçün maksimal dərəcədə uyğun olsun,” – deyə nazir müavini qeyd edib.
Xatırladaq ki, oktyabrın 9-da Rusiya prezidenti Vladimir Putin və Ərəb Dövlətləri Liqası sammitinin fəaliyyətdə olan sədri, İraqın baş naziri Məhəmməd əs-Sudani telefon danışığı zamanı 15 oktyabrda keçirilməsi planlaşdırılan Rusiya-ərəb sammitinin təxirə salınmasını məqsədəuyğun hesab ediblər. Kreml bildirir ki, bu qərar ABŞ prezidenti Donald Trampın Qəzza sektorunda normallaşma planının fəal mərhələyə keçməsi ilə bağlı olub.
Aysel Şirinova