Ucar Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Tvit.az xəbər verir ki, tender Ucar şəhərində yolların əsaslı təmir işlərinin satın alınması ilə bağlı idi.
Tenderin qalibi "Aqroyol-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 336 min 311 manat təşkil edib.
Qeyd edək ki, qanuni təmsilçisi Nuriyev Vaqif Əlisa oğlu olan qalib şirkətin nizamnamə kapitalı 20 manatdır.
Aysel Şirinova