Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu tarixlərdə ölkədə leysan yağacaq, dolu düşəcək
sosial

Bu tarixlərdə ölkədə leysan yağacaq, dolu düşəcək

19-10-2025 19:00 23 Baxış
IMG

Oktyabrın 20-si axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 22-dək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Tvit.az"a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.