Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Naxçıvanda ayı ata və oğula hücum etdi
hadisə

Naxçıvanda ayı ata və oğula hücum etdi

19-10-2025 15:00 22 Baxış
IMG

Naxçıvanda ayı insanlara hücum edib, bir sakinə ciddi xəsarətlər yetirib.

"Tvit.az" xəbər verir ki, hadisə rayonun Yuxarı Buzqov kəndində qeydə alınıb. Belə ki, ayı Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məzahir Məmmədovun və onun oğlunun üzərinə hücum edib.

Yırtıcı heyvanın hücumu nəticəsində M.Məmmədov müxtəlif bədən xəsarətləri alıb və o, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.