Son zamanlar həyət evlərinin ipotekası ilə bağlı fırıldaqlar artıb.
Maraqlıdır, həyət evlərini ipoteka ilə əldə etmək istəyən vətəndaşlar necə etməlidir ki, bəzi fırıldaqçı əmlakçıların qurbanı olmasın? Hansı hüquqi məqamlara diqqət edilməlidir?
Mövzu ilə əlaqədar vəkil Əkrəm Həsənov Tvit.az-a açıqlamasında bildirib ki, sözügedən fırıldaqlar o halda yaranır ki, həyət evlərinin çıxarışı olmur və daşınmaz əmlak dövlət reyestrində qeydiyyatda deyil:
“Ümumiyyətlə, insanlar çıxarışsız həyət evi və mənzillər almamalıdırlar. Xüsusən də yeni tikili binalarda buna diqqət edilməlidir. Çünki həmin evin qeydiyyatı yoxdur və onu sizə satan şəxs asanlıqla digər adamlara da sata bilər. İstənilən daşınmaz əmlakın təminatlı alışı onun daşınmaz əmlakının dövlət reyestrinin çıxarışının olmasıdır. Ev yalnız notarial müqavilə ilə alnmalı və çıxarış verilməlidir”, - deyə vəkil bildirib.
O, əlavə edib ki, bu kimi nüanslara diqqət yetirilməlidir ki, insanlar fırıldaqçılar tərəfindən aldadılmasınlar.
Elmin Alışov