Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda qatarın ləngiməsinə görə işə gecikənlərə arayış veriləcək
sosial

Azərbaycanda qatarın ləngiməsinə görə işə gecikənlərə arayış veriləcək

16-10-2025 11:00 22 Baxış
IMG

Əgər vətəndaş qatarın gecikməsi səbəbindən işə gecikibsə, bu zaman vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış əldə edə bilər.

"Tvit.az" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərə müraciətində bildirib.

"Texniki nasazlıq, hava şəraiti və eləcə də fövqəladə vəziyyətlər zamanı gecikmələr baş verə bilər", - deyə qurum bəyan edib.