Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycan və Braziliya arasında təhsillə bağlı saziş təsdiqləndi
siyasət

Azərbaycan və Braziliya arasında təhsillə bağlı saziş təsdiqləndi

15-10-2025 14:00 28 Baxış
IMG

2025-ci il sentyabrın 1-də Brazilia şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

"Tvit.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Saziş qüvvəyə mindikdən sonra Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Hökumətinə bildiriş göndərməlidir.