Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sinqapura uçan təyyarə Bakıya məcburi eniş etdi
sosial

Sinqapura uçan təyyarə Bakıya məcburi eniş etdi

14-10-2025 22:00 19 Baxış
IMG

Bu gün "Singapore Airlines" aviaşirkətinə məxsus, Mançester–Sinqapur marşrutu üzrə hərəkət edən "Airbus A350" tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

 

Bu barədə Tvit.az-a aeroportdan məlumat verilib.

 

Bildirilib ki, buna səbəb təyyarənin göyərtəsində olan sərnişinlərdən birinin səhhətində qəfil yaranan problem olub.

 

Təyyarə yerli vaxtla saat 19:45-də Bakı hava limanına uğurla eniş edib.


Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib, onun vəziyyəti qiymətləndirildikdən sonra əlavə tibbi yardım üçün aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirilib.

 

Qeyd edək ki, hava limanının bütün müvafiq xidmətləri hadisə zamanı operativ şəkildə fəaliyyət göstərib. Heydər Əliyev Beynəlxalq Aeroportu regionun ən müasir və təhlükəsiz hava nəqliyyatı mərkəzlərindən biri kimi, istənilən fövqəladə vəziyyətə yüksək hazırlıqla cavab verir və sərnişinlərin təhlükəsizliyini prioritet istiqamət kimi qoruyur.