Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Qaxın sabiq icra başçısının barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb
sosial

Qaxın sabiq icra başçısının barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb

14-10-2025 18:00 34 Baxış
IMG

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.

 

Tvit.az "Report"a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanın vəsatəti əsasında Musa Şəkiliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha dörd ay müddətinə uzadılıb.

 

Qeyd edək ki, Musa Şəkiliyev DTX-nin bu il iyun ayında keçirdiyi əməliyyat zamanı tutulub. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.