Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət London Azərbaycan və Ermənistana qarşı silah embarqosunu tam ləğv edəcək
siyasət

London Azərbaycan və Ermənistana qarşı silah embarqosunu tam ləğv edəcək

14-10-2025 13:00 20 Baxış
IMG

Böyük Britaniya Ermənistan və Azərbaycana silah tədarükü ilə bağlı embarqosunu tam ləğv edəcək.

Tvit.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Stiven Dautinin ölkə parlamentinin saytındakı bəyanatında deyilir.

"Bu addım Böyük Britaniyanın təhlükəsizlik və müdafiə sahəsində həm Ermənistan, həm də Azərbaycan ilə tərəfdaşlığının inkişaf etməsinə şərait yaradacaq. Onların suverenliyini və ərazi bütövlüyünü qorumaq ilə bağlı səyləri Britaniyanın dəstəkləməsinə imkan verəcək", - o qeyd edib.

S.Dauti vurğulayıb ki, Ermənistan və Azərbaycan üçün ixrac və ticarət lisenziyaların əldə edilməsinə dair ərizələr fərdi qaydada qiymətləndiriləcək.

"Biz həm Azərbaycan, həm də Ermənistanda regional və daxili təhlükəsizlik vəziyyətini diqqətlə izləyəcəyik. Ümid edirik ki, bu, Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifah üçün fürsətlər anıdır. Britaniya hər iki ölkə, ABŞ, Avropa İttifaqı və digər tərəfdaşlarla əməkdaşlıq etməyə, bu transformasiyanı, eləcə də bütün bölgədə təhlükəsizlik və sabitliyi dəstəkləməkdə konstruktiv və fəal rol oynamağa hazırdır", - o əlavə edib./report