Azərbaycan regional diplomatiyada ön sıralardadır.
Tvit.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında yazıb.
"Yaxın Şərqdə sülh!!! Tarix yazılır!!!", - Prezidentin köməkçisi bildirib.
Qeyd edək ki, Şarm əş-Şeyxdə Yaxın Şərq Sülh Sammiti keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edir.