Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Motosikletlər və mopedlərdəki yüklər nəqliyat vasitələrinin hərəkətinə mane olmamalıdır - EKSPERT
sosial

Motosikletlər və mopedlərdəki yüklər nəqliyat vasitələrinin hərəkətinə mane olmamalıdır - EKSPERT

13-10-2025 14:00 66 Baxış
IMG

Yol hərəkəti qaydaları əsasən həm cəmiyyətin, həm də sürücülərin təhlükəsizliyinə uyğun olaraq tərtib olunur. Ümumiyyətlə yol hərəkatı qaydalarında təhlükəsizlikdən əlavə yüklərin və sərnişinlərin daşıma qaydaları var. Həmin yüklərin daşıma qaydalarında da təhlükəsizlik yüklərin yerləşdirilməsi, çeşidlənməsi və.s analiz olunur”. 

Bu fikirləri Tvit.az-a açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib.

O qeyd edib ki, nəqliyyat vasitələrində yüklərin qabariti, yəni nəqliyyat vasitəsinin kənara çıxmağı müəyyən ölçülərə görə məhdudlaşdırılır. Bu motosiklet və mopedlərdə də belə olmalıdır. 

“Ona görə, moped və motosikletlərin qabaritini nəzərə almaqla böyük yüklər daşımaq qadağan olunur. Bəzi vaxtlar mopedlərin arxasına qutu və sandıq qoyulur. Qabaritin çıxma məsafəsi elə olmalıdır ki, digər nəqliyyat vasitələrinə pis təsir göstərməsinlər. Motosikletlər dönən zaman onların ağırlıq mərkəzi dəyişə bilir. Avtomobillərdə də bu cür olur. Bu yaxınlıqda Avtovağzal yaxınlığında truba daşıyan nəqliyyat vasitəsi körpüdən aşmışdı. Dönən zaman ağırlıq mərkəzi dəyişdi deyə qəza baş verdi. Xüsusilə bu təhlükəsizlik elementləri nəqliyyat vasitələrində nəzərə alınmalıdır”. 

Ekspert vurğulayıb ki, son zamanlarda motosiklet və mopedlərdə çoxlu çatışmayan cəhətlər var. 

“Sürücülərin çoxsunun sürücülük vəsiqəsi yoxdur. Milli Məclisdə aparılan müzakirəyə əsasən Yol Hərəkəti Qanununa görə hər bir moped idarə edən şəxsin sürücülük vəsiqəsi olmalıdır. Yol Hərəkəti qanununda Yol Hərəkəti təşkili məsələləri ildən ilə təkmilləşdirilir”, - o bildirib.

Müsahibin sözlərinə görə, hazırda Yol Hərəkəti təşkili üçün ən böyük problemlərdən biri son zamanlarda mopedlərin və motosikletlərin təhlükəsizlik problemləridir. Qəzalarla bağlı nizamlayıcı addımlar atılmalıdır. Moped sürücüləri bütün qaydalara əməl etməlidir. Qabaritlər artıq olduqda digər nəqliyyat vasitələri də zərər görür. Buna görə də Yol Hərəkəti qaydalarıyla təkmilləşdirmə çox olmalıdır.

Elmin Alışov