Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
sosial

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

13-10-2025 13:00 45 Baxış
IMG

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur.

"Tvit.az" xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.

Qanun layihəsinin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir.

Belə ki, sənəddə təklif edilən mühüm dəyişikliklərdən biri moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu dəyişiklik sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını təmin edəcək və nəticə etibarilə yol hərəkəti təhlükəsizliyini artıracaq.