Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İngiltərə, Fransa və Almaniya Rusiyanın aktivlərini müsadirə etməyə çalışırlar - Böyük Britaniyanın baş naziri
dünya

İngiltərə, Fransa və Almaniya Rusiyanın aktivlərini müsadirə etməyə çalışırlar - Böyük Britaniyanın baş naziri

10-10-2025 22:00 33 Baxış
IMG

Böyük Britaniya, Fransa və Almaniya Rusiyanın suveren aktivlərinin mümkün ekspropriasiyası üzərində birgə işləyirlər.

Tvit.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Key Starmerin Vladimir Zelenski ilə telefon danışığından sonra yaydığı bəyanatda deyilir.

"Bu səhər Fransa və Almaniya liderləri ilə apardığı danışıqlar barədə məlumat verən baş nazir bildirib ki, hər üç ölkə müharibəni dayandırmaq və Ukraynada ədalətli və davamlı sülhü təmin etmək üçün dondurulmuş Rusiyanın suveren aktivlərindən tam istifadəyə dair irəliləyiş əldə etmək istəyində həmrəydir", - deyə bildirilib.

Açıqlamada Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Starmerin Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmaq barədə razılığa gəldiyi qeyd edilib.

“Yaxın günlərdə və həftələrdə yeni sanksiyalar Rusiyaya da təzyiq göstərəcək”, - deyə o qeyd edib.

Aysel