Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya XİN Qəzza razılaşmasını alqışladı
dünya

Rusiya XİN Qəzza razılaşmasını alqışladı

10-10-2025 21:00 33 Baxış
IMG

Rusiya Qəzza zolağında münaqişənin həlli üçün sülh planının birinci mərhələsi çərçivəsində əldə olunan razılaşmaları alqışlayır.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 "Son günlər Qəzza zolağında vəziyyətlə bağlı müəyyən müsbət irəliləyişlər var. Xəbərlər var ki, İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə atəşkəs və əsirlərin mübadiləsi ilə bağlı razılığa gəliblər. Rusiya bu mühüm birinci mərhələ razılaşmalarını alqışlayır", - XİN qeyd edib.

 Diplomatik agentlik atəşkəsin davamlı olması, Fələstin anklavında vəziyyətin uzunmüddətli sabitləşməsinə töhfə verməsi və bütün ehtiyacı olanlara humanitar yardımın maneəsiz çatdırılmasının bərpasına imkan verməsinin indi vacib olduğunu vurğulayıb.

Aysel Şirinova