Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Ceyhun Bayramov: Azərbaycan MDB daxilində dialoqun tərəfdarıdır
siyasət

Ceyhun Bayramov: Azərbaycan MDB daxilində dialoqun tərəfdarıdır

09-10-2025 21:00 65 Baxış
IMG

Azərbaycan MDB daxilində dialoqun və ortaq tərəqqinin tərəfdarı olaraq qalır.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov özünün "X" hesabında yazıb.

 

Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı barədə məlumat paylaşan nazir bildirib ki, o, Azərbaycanın MDB daxilində mədəni, iqtisadi və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiq edib:

 

"III MDB Oyunlarının uğurla keçirilməsini, Laçının 2025-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı statusunu, artan ticarət əlaqələrini, terrorizm və transmilli cinayətkarlığa qarşı birgə fəaliyyətin zəruriliyini vurğuladım", - o bildirib.