Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət İlham Əliyev Tacikistanda səfərdədir
siyasət

İlham Əliyev Tacikistanda səfərdədir

09-10-2025 11:00 110 Baxış
IMG

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə gedib.

"Tvit.az" xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli və digər rəsmi şəxslər qarşılayıblar.