Bu gün səhər saatlarında Pakistan ilə Əfqanıstan sərhədi yaxınlığında silahlı qarşıdurma baş verib.
Tvit.az xəbər verir ki, hadisə nəticəsində 11 əsgər və 2 zabit həlak olub. Hadisə Xeybər-Paxtunxva əyalətinin Kurram bölgəsində baş verib.
Pakistan təhlükəsizlik mənbələrinin məlumatına görə, hücum “Təhrik-e-Taliban Pakistan” (TTP) qruplaşmasına bağlı silahlılar tərəfindən həyata keçirilib. Yaraqlılar ordu mövqelərinə çox istiqamətli hücum təşkil ediblər.
Elmin Alışov