Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya BƏƏ prezidenti Yəmən baş nazirini qəbul etdi
dünya

BƏƏ prezidenti Yəmən baş nazirini qəbul etdi

03-10-2025 21:00 61 Baxış
IMG

BƏƏ Prezidenti əl-Nahayyan Əbu-Dabidə Yəmənin “ikinci” hökumətinin baş naziri Bin Brayıkı qəbul edib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Tərəflər ikitərəfli münasibətləri və əməkdaşlığın hər iki ölkənin maraqlarına uyğun gücləndirilmə yollarını, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər. Əl-Nahayyan ölkəsinin Yəmən xalqının inkişaf, təhlükəsizlik və sabitlik arzularını gücləndirməyə yönəlmiş bütün səylərə dəyişməz dəstəyini təsdiqləyib.

Öz növbəsində, Bin Brayık Yəmən xalqına davamlı dəstəyə görə BƏƏ-yə minnətdarlığını ifadə edib.

Aysel Şirinova