Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Oqtay Şirəliyev təcili yardım gələnə kimi vəfat edib - RƏSMİ
hadisə

Oqtay Şirəliyev təcili yardım gələnə kimi vəfat edib - RƏSMİ

03-10-2025 20:00 62 Baxış
IMG

Xəbər verdiyimiz kimi, sabiq səhiyyə naziri Oqtay Şirəliyev bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.

TƏBİB-dən "Tvit.az"a bildirilib ki, oktyabrın 3-ü saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkiməqədər ölüm faktı qeydə alınıb.