Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Makron Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
sosial

Makron Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir

02-10-2025 19:00 209 Baxış
IMG

Fransa Prezidenti Emmanuel Makron Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu deyib.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, o, bunu Kopenhagendə azərbaycanlı jurnalistlərə müsahibəsində bildirib.

 

"Bu gün səhər Baş nazir Paşinyanla (Ermənistanın Baş naziri Nikol Paşinyanla), günorta isə Prezident Əliyevlə (Azərbaycan Prezidenti İlham Əliyevlə) görüşdüm. Ümid edirik ki, paraflanmadan sonra sülh sazişinin tam şəkildə imzalanması baş tutacaq və region ölkələri ilə münasibətlərin tam normallaşması üçün bütün zəruri addımlar atılacaq", - o qeyd edib.