Ukrayna hərbçiləri hücum pilotsuz uçan aparatlarına qarşı mübarizə təcrübələrini bölüşərək Avropaya dron divarının inşasına kömək etməyə başlayıblar.
Tvit.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski öz Telegram kanalında məlumat verib.
"Uşaqlarımız artıq Danimarkadadır. Onlar hücum pilotsuz təyyarələrini necə aşkar etməyi və vurmağı bilən təcrübəli ukraynalıdırlar. Onlar artıq öz missiyalarına başlayıblar. Və biz bu təcrübəni bölüşməyə hazırıq”,- deyə Zelenski bildirib.
Elmin Alışov