Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ İran Müdafiə Nazirliyinə dəstək verən şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib
dünya

ABŞ İran Müdafiə Nazirliyinə dəstək verən şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib

01-10-2025 23:00 66 Baxış
IMG

ABŞ İranın Müdafiə Nazirliyinə həssas texnologiyaların tədarükündə iştirak etdiyi iddia edilən 17 şəxs və 21 şirkətə qarşı sanksiya tətbiq edib. Tvit.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

İddia olunur ki, sanksiya siyahısına daxil edilmiş şəxslər və şirkətlər İran Müdafiə Nazirliyi üçün “həssas məhsul və texnologiyaların əldə edilməsinə şərait yaradıb”, həmçinin Tehranın raket və hərbi aviasiya istehsalı səylərinə kömək ediblər. Konkret olaraq, sanksiyaya məruz qalan şəxslərin “müasir zenit-raket komplekslərinin istehsalı üçün texnologiyanın tədarükü, habelə ABŞ istehsalı olan helikopterin qanunsuz alınması” ilə məşğul olduqları iddia edilir.

Aysel Şirinova