Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Əl-Cəzirə: İsrail gəmiləri Qəzzaya gedən Sumud donanmasının qarşısını kəsir
dünya

Əl-Cəzirə: İsrail gəmiləri Qəzzaya gedən Sumud donanmasının qarşısını kəsir

01-10-2025 23:00 73 Baxış
IMG

İsrail gəmiləri humanitar missiya ilə Qəzza zolağı sahillərinə gedən Sumud donanmasının qarşısını kəsib.

Tvit.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, bir neçə gəmi ilə əlaqə kəsilib. Onlardan biri telekanalın müxbirini daşıyaraq qəza siqnalı verib.

Daha əvvəl donanma nümayəndələri gəmilərinin Fələstin anklavından təqribən 75 dəniz mili aralıda olduğunu və radarların cəmi 3 dəniz mili uzaqlıqda “20-dən çox naməlum gəmi” aşkarladığını bildirmişdilər.

Aysel Şirinova