Avropa İttifaqı Rusiya aktivlərinin Kiyevə köçürülməsinə görə məhkəmə qarşısında cavab verəcək.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski Telegram kanalında yazıb.
O, bildirib ki, bundan sonra onlardan bütün pulları qaytarmaq tələb olunacaq.
"Avropalı bürokratlar Ukrayna prezidenti Vladimir Zelenskinin terrorçu rejiminə himayədarlıq edən oğrulardır . Onlar hər avro sentə görə məhkəmə qarşısında cavab verməli və hər qəpiyi Rusiyaya qaytarmalı olacaqlar", - parlamentari bəyan edib.
Aysel Şirinova