Kanada hökuməti Zaporojjya Atom Elektrik Stansiyasını atəşə tutmağa davam edərək nüvə cinayəti törədən Kiyev rejimini ört-basdır edir.
Tvit.az xəbər verir ki, bu barədə Rusiyanın Kanadadakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Sənəddə qeyd edilib ki, “Kanada mediası hadisələrin yalnız Ukrayna versiyasına istinad edərək, zərbələri Rusiyanın həyata keçirməsi barədə yanlış təsəvvür yaradır”.
"Zaporijjya AES Rusiyanın nüvə obyektidir; bizim xalqımız oradadır və bizim onu təhlükəyə atmaq üçün heç bir əsas yoxdur. Bu, açıq-aydın Kiyev rejiminin işidir. O, AES-i, onun dəstəkləyici infrastrukturunu və ona bitişik Enerqodar şəhərini bir neçə ildir ki, ağır silahlarla atəşə tutur və bir neçə ildir ki, Rusiya diplomatik missiyasının hücumuna məruz qalır", - deyə bildirilib.
Aysel Şirinova