Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial İran və Azərbaycan arasında 160-cı sərhəd görüşü keçirilib
sosial

İran və Azərbaycan arasında 160-cı sərhəd görüşü keçirilib

01-10-2025 22:00 74 Baxış
IMG

İran və Azərbaycan arasında növbəti sərhəd görüşü baş tutub. Son bir il ərzində 160 belə görüş keçirilib.

 

Tvit.az "Azad İran"a istinadən xəbər verir ki, bunu Parsabad sərhəd bölüyünün komandiri Zəfər Müniri bildirib.

 

Onun sözlərinə görə, bu görüşlər əsasən sərhəd təhlükəsizliyinin artırılması, sərhədyanı ərazilərdə baş verən problemlərin həlli və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.

 

Sərhəd komandiri bildirib ki, İranın Polis Komandanlığının (FƏRACA) xüsusi qurumu sərhəd hərəkətlərinin monitorinqi, əməliyyatların koordinasiyası, sərhəd qanunvericiliyinin icrası və diplomatik tədbirlərin həyata keçirilməsi ilə məşğuldur.

 

O qeyd edib ki, bu həftə ərzində Parsabad, Biləsuvar və Aslanduz bölgələrində 50 xüsusi sərhəd təhlükəsizlik proqramı həyata keçiriləcək.