Avropa yaxın günlərdə Rusiyanın dondurulmuş aktivləri, o cümlədən onların Ukraynaya hərbi dəstəyə yönəldilməsi ilə bağlı qərar qəbul edə bilər.
Tvit.az xəbər verir ki, bunu Böyük Britaniyanın Kent Universitetinin politoloqu və siyasət üzrə fəxri professoru Riçard Sakva bildirib.
"Bu, yaxın bir neçə gündə qərar veriləcək. Bu gün deyil. Bu gün Danimarkada görüş var , lakin bu, yaxın bir neçə gündə qərar veriləcək", - tədqiqatçı Valday Beynəlxalq Diskussiya Klubunun iclasında qeyd edib.
Sakva həmçinin Avropa İttifaqını (Aİ) Rusiyanın beynəlxalq məsələlərdə, o cümlədən aktivlər məsələsində mövqeyini dinləmək istəmədiyinə görə tənqid edib.