Dağıstanda təhsil müəssisəsində baş vermiş kütləvi davanın 6 iştirakçısı saxlanılaraq polis bölməsinə aparılıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, bir yeniyetmə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
"Dağıstan Daxili İşlər Nazirliyi bu gün İmam Şamil küçəsində baş verən kütləvi dava ilə bağlı araşdırma aparır. Hadisədə iştirak edən 6 nəfər Leninski Rayon Polis Şöbəsinə aparılıb, bir yeniyetmə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib", - məlumatda deyilir.
Aysel Şirinova