Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Argentina ABŞ-yə yardım təklif etdi
dünya

Argentina ABŞ-yə yardım təklif etdi

01-10-2025 20:00 51 Baxış
IMG

 Argentina hökuməti ABŞ-yə Karib hövzəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə aparmaq məqsədi daşıyan əməliyyatlarda yardım təklif edib.

Tvit.az xəbər verir ki, bu barədə TN televiziyası məlumat yayıb.

Məqalədə deyilir ki, Argentina rəsmiləri əməkdaşlıq təklif etmək üçün ABŞ-nin müdafiə naziri Pit Heqsetin komandası ilə əlaqə saxlayıb, lakin hələlik konkret razılıq əldə olunmayıb. 

Argentina hökuməti Vaşinqtonla daha sıx hərbi əməkdaşlığa nail olmaq istəyir. Bundan əvvəl Cənubi Amerika ölkəsinin prezidenti Xavyer Miley dəfələrlə liberal demokratiyaları və Qərb ölkələrini, xüsusən də ABŞ və İsraili Argentinanın prioritet tərəfdaşları hesab etdiyini bildirib.

Aysel Şirinova