BMT-nin beş eksperti, o cümlədən təşkilatın din və ya etiqad azadlığı, terrorizmlə mübarizə zamanı insan hüquqlarının və əsas azadlıqlarının təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçiləri Nazila Qanea və Ben Sola Ukraynada kanonik Ukrayna Pravoslav Kilsəsinin (UOC) təqibi ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, BMT-dən bildirilib:
"Biz narahatıq ki, Ukrayna Pravoslav Kilsəsinin Moskva Patriarxlığı ilə iddia edilən kilsə və kanonik əlaqələri məsələsi hazırda məhkəmənin nəzarəti altındadır, din və etiqad azadlığını məhdudlaşdırır".
Onlar hesab ediblər ki, bu hüquqlar “beynəlxalq standartlarda təsbit olunmuş fikir, vicdan və din azadlığının tərkib hissəsidir”.
Dünya təşkilatı həmçinin Vladimir Zelenskinin 2025-ci ilin iyulunda Ukrayna Pravoslav Kilsəsinin rəhbəri, Kiyev və Bütün Ukrayna mitropoliti Onufrinin Ukrayna vətəndaşlığını ləğv etmək qərarına görə narahatlığını bildirib.
Aysel Şirinova