Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial “Qırmızı Körpü”də külli miqdarda dərman aşkarlandı
sosial

“Qırmızı Körpü”də külli miqdarda dərman aşkarlandı

01-10-2025 18:00 59 Baxış
IMG

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib.

 

Bu barədə Tvit.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

 

“İdarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından Türkmənistan Respublikasına yük aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük nəzarətindən gizlədilmiş qutularda müxtəlif adda, cəmi 46 624 ədəd dərman vasitəsi və həmin dərman vasitələrinə aid boş qutular aşkar edilib” - məlumatda qeyd edilib.