Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Macarıstanın Rusiyadan neft tədarükü üçün alternativi yoxdur -Orban
dünya

Macarıstanın Rusiyadan neft tədarükü üçün alternativi yoxdur -Orban

01-10-2025 16:00 90 Baxış
IMG

Rusiyadan "Druzhba" boru kəməri vasitəsilə neft tədarükü Macarıstan üçün çox vacibdir, Rusiya yanacağına alternativ yoxdur.

Tvit.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın ölkəsindən Rusiya neftinin almağı dayandırmasını tələb edib-etmədiyi ilə bağlı suala cavab olaraq deyib.

"İlk növbədə heç kim məndən bunu etməyimi xahiş etmədi. Macarıstan suveren ölkədir, enerji təchizatçıları ilə bağlı qərarlarımızı özümüz veririk. İkincisi, başqa seçimimiz yoxdur. Xorvatiyadan Rusiyadan gələn neft kəməri qədər vacib olmayan əlavə boru kəməri var. Dənizə çıxışımız yoxdur. Biz yerimizi dəyişə bilmərik", - deyə Orban Kopenhagendə AB-nin qeyri-rəsmi sammitinə danışıb.

O, əlavə edib ki, ABŞ prezidenti Donald Tramp digər ölkələrin suverenliyinə hörmətlə yanaşır, sadəcə ondan ümumilikdə vəziyyət barədə soruşdu.

"Bu əhəmiyyətli bir fərqdir. O, avropalı deyil, onlar amerikalılardan daha aqressivdirlər".

Macarıstan hələ də neftinin böyük hissəsini Rusiyadan, təbii qazı isə "Türk axını" boru kəməri və Bolqarıstan və Serbiya vasitəsilə uzadılması vasitəsilə alır.

Aysel Şirinova