Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Baş prokurordan Adnan Əhmədzadə ilə bağlı açıqlama
sosial

Baş prokurordan Adnan Əhmədzadə ilə bağlı açıqlama

01-10-2025 10:00 51 Baxış
IMG

Azərbaycanın Baş prokuroru Kamran Əliyev iş adamı Adnan Əhmədzadənin istintaq işi üzrə hər hansı bir əlavə məlumatın verilməsinin məqsədə müvafiq olmadığını deyib.

"Tvit.az"ın məlumatına görə, jurnalistlərlə söhbətində K.Əliyev deyib ki, açıqlama istintaqı aparan orqan tərəfindən verilib:

"Adnan Əhmədzadənin işi üzrə istintaqı aparan orqan tərəfindən açıqlama verilib. İstintaqın indiki mərhələsində hər hansı əlavə məlumat verməyə istintaqın taktikası baxımından məqsədə müvafiq deyil".