Husi silahlı qruplaşması Qırmızı dənizdə Amerika gəmilərinə qarşı hücum etməməklə bağlı müqavilədən geri çəkilib.
Tvit.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Husi qüvvələri ilə kommersiya daşıma operatorları arasında əlaqə quran və Husi ordusu ilə əlaqəli olan Sənada yerləşən Humanitar Əməliyyatların Koordinasiya Mərkəzi (HOCC) 13 ABŞ şirkətinə, doqquz idarəçiyə və iki gəmiyə sanksiya tətbiq edib.
Məsələ ilə bağlı ABŞ tərəfdən hələlik rəsmi açıqlama verilməyib.
Elmin Alışov