Tvit.az xəbər verir ki, qətnamənin mətni ABŞ Senatının saytında dərc olunub.
"Senat Rusiya Federasiyasının suveren aktivlərinin yurisdiksiyası altında yerləşən bütün ölkələri çağırır. Bu aktivləri müsadirə etmək və ayda ən azı 10 milyard dollar məbləğində tranşlarla Ukraynaya təhvil vermək lazımdır," - sənəddə deyilir.
Qətnamədə həmçinin icraedici hakimiyyət, G7 və Avropa İttifaqı liderləri bu təşəbbüsü dəstəkləməyə çağırır.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqı tərəfindən dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi halında sərt cavab tədbirləri barədə xəbərdarlıq edib.
Aysel Şirinova