Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Yaxşı hazırlaşmışıq" - Andrade
idman

"Yaxşı hazırlaşmışıq" - Andrade

30-09-2025 15:00 43 Baxış
IMG

abah bizi ciddi oyun gözləyir. Matça yaxşı hazırlaşmışıq. Bu gözəl arenada azarkeşlərimizi sevindirməyə çalışacağıq.

"Tvit.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı keçirəcəkləri II tur oyunundan öncə mətbuat konfransında deyib.

Kabo-verdeli yarımmüdafiəçi "Kopenhagen"in əla komanda olduğunu bildirib: "Çempionlar Liqasında iştirak edən bütün komandalar güclüdür. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

L.Andrade sabahkı matçda qol vurub-vurmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: "Əsas olan komandanın meydanda sonadək mübarizə aparmasıdır. Düşünürəm ki, çox maraqlı oyun olacaq".

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" oyunu saat 20:45-də başlayacaq.