Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Netanyahu Qətərə hücum etməyəcək
dünya

Netanyahu Qətərə hücum etməyəcək

29-09-2025 23:00 28 Baxış
IMG

İsrailin baş naziri Benyamin Netanyahu Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Taniyə bir daha ölkəsinə hücum etməyəcəyinə söz verib.

Tvit.az xəbər verir ki, onun sözlərini sosial şəbəkədə İsrail baş nazirinin ofisi yayıb.

"İsrail bizim zərbəmiz nəticəsində vətəndaşlarınızdan birinin həlak olmasından təəssüflənir. Sizi əmin etmək istəyirəm ki, İsrailin hədəfi Qətər vətəndaşları deyil, Həmas olub. Həm də sizi əmin etmək istəyirəm ki, İsrailin gələcəkdə suverenliyinizi bir daha pozmaq niyyəti yoxdur".

Netanyahu ABŞ prezidenti Donald Trampla söhbətində bu öhdəliyini bir daha təsdiqlədiyini vurğulayıb.

Aysel Şirinova