Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Xalq artisti reanimasiyaya yerləşdirildi
hadisə

Xalq artisti reanimasiyaya yerləşdirildi

29-09-2025 20:00 42 Baxış
IMG

Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Tvit.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu, əməkdar artist Əyyub Quliyev məlumat verib.


Onun sözlərinə görə, Ramiz Quliyev bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti əvvəlkindən nisbətən daha yaxşıdır.

 

“Atamın vəziyyəti ilə bağlı Heydər Əliyev Fonduna müraciət etdim. Sağ olsunlar, müalicəni öz üzərlərinə götürdülər. Hazırda vəziyyəti nisbətən stabildir”, – deyə Əyyub Quliyev bildirib.