Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial "Deyirdik ki, əhali görəsən bunu necə qəbul edəcək" - Komitə sədri
sosial

"Deyirdik ki, əhali görəsən bunu necə qəbul edəcək" - Komitə sədri

29-09-2025 15:00 71 Baxış
IMG

Qohum evliliyi ilə bağlı qəbul etdiyimiz qanunla bağlı Qazaxıstanda iştirak etdiyim tədbirdə rəsmilər bildirdilər ki, biz neçə illərdir bu məsələni qaldırsaq da parlamentə daşıya bilmirik. Bir çox hallarda biz bu qanunu müzakirə edəndə deyirdik ki, əhali görəsən bunu necə qəbul edəcək”.

"Tvit.az" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında komitə sədri Hicran Hüseynova deyib.

“Əlbəttə, cürbəcür fikirlər olacaq, amma xalq bunu yaxşı qəbul etdi. Bu istiqamətdə vacib işlər görüldü və hələ də görüləcək. Bu təbii prosesdir. Hamı istəyər ki, böyük dəyişikliklər olsun, amma hər bir məsələ yetişməlidir”, deyə komitə sədri bildirib.