Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Baş nazir gələn ilin büdcə layihələri ilə bağlı qərar imzaladı
siyasət

Baş nazir gələn ilin büdcə layihələri ilə bağlı qərar imzaladı

29-09-2025 13:00 41 Baxış
IMG

Baş nazir Əli Əsədov 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycanın 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərar imzalayıb.

"Tvit.az" xəbər verir ki, qərarla "Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilib.

Qərarın 1-ci hissəsində qeyd olunan layihələr "Büdcə sistemi haqqında" qanunun 12-ci maddəsində nəzərdə tutulmuş digər

sənədlərlə birlikdə Azərbaycan Prezidentinə təqdim edilməsi qərarı alınıb.