Norveçin şimalındakı Bardufoss hava limanı bölgədə pilotsuz uçuş aparatlarının aşkarlanması səbəbindən bütün enişləri və daxil olan uçuşları dayandırıb.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Norwegian Airlines-ın sözçüsü Eyvind Hammer deyib.
Norveçin dövlətə məxsus hava limanının operatoru Avinorun sözçüsü təsdiqləyib ki, hava limanının uçuşa qadağa zonasında dron olduğu güman edilən obyektlər aşkarlanıb.
Elmin Alışov