Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Tramp Türkiyəni Rusiyadan neft almağı dayandırmağa çağırıb
dünya

Tramp Türkiyəni Rusiyadan neft almağı dayandırmağa çağırıb

25-09-2025 20:00 57 Baxış
IMG

ABŞ prezidenti Donald Tramp Türkiyəni Rusiyadan neft almağı dayandırmağa çağırıb.

Tvit.az xəbər verir ki, bu bəyanatı o, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ağ Evdə görüşü zamanı səsləndirib.

Amerikalı lider Türkiyə prezidentini sərt siyasətçi adlandırıb, eyni zamanda onların “müharibə məsələsində də, ticarət baxımından da əla münasibətlərə” sahib olduqlarını qeyd edib.

“Düşünürəm ki, bu gün həm birini, həm də digərini müzakirə edəcəyik. Mən istərdim ki, o, Rusiyadan neft almağı dayandırsın”, – deyə Tramp bildirib.

Aysel Şirinova