Almaniyanın Qəzzaya hücumlar səbəbilə Təl-Əviv hökumətinə qismən silah ixracına qadağa qoyduqdan sonra İsrailə heç bir silah satışına icazə vermədiyi bildirilir.
Tvit.az bu barədə Almaniya mətbuatına istinadən xəbər verir.
İqtisadiyyat nazirinin müavini Tomas Şteffen açıqlamasında bildirib ki, Almaniya hökuməti bu cür qərarları müvafiq məsələ çərçivəsində, xarici və təhlükəsizlik siyasəti mülahizələrini və qanuni tələbləri nəzərə alaraq diqqətlə nəzərdən keçirdikdən sonra qəbul edir.
Elmin Alışov