Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Yeni tikiləcək 5 metro stansiya harada yerləşəcək?
sosial

Yeni tikiləcək 5 metro stansiya harada yerləşəcək?

25-09-2025 11:00 63 Baxış
IMG

Metronun “B-4” stansiyası “Bənövşəyi” xəttin “8 Noyabr” stansiyasından sonrakı stansiyası olacaq.

"Tvit.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, Dövlət Proqramına uyğun olaraq “Bənövşəyi xətt” üzrə daha 5 stansiya inşa olunmalıdır:

“Həmin 5 stansiyadan biri, məsələn, “B-4” stansiyasından sonrakı “B-5” stansiyası “Nizami” stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu stansiyaların ərazilərinin dəqiqləşdirmə işləri aparılır. Həmin stansiyadan birbaşa Nizami stansiyasına keçid olacaq. “Avtovağzal” stansiyasında hərəkətə başlayan sərnişinimiz həmin stansiyadan “Nizami” stansiyasına keçməklə hərəkətini “Yaşıl” xətt üzrə davam etdirəcək”.