Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Avstraliya: İran səfirini terrora dəstəyə görə ölkədən qovduq
dünya

Avstraliya: İran səfirini terrora dəstəyə görə ölkədən qovduq

25-09-2025 11:00 62 Baxış
IMG

Avstraliyanın Baş naziri Entoni Albaneze BMT Baş Assambleyasında çıxışı zamanı deyib ki, ölkəsi İranın cinayətkar və qorxaq addımlarına cavab olaraq İran səfirini Avstraliyadan çıxarıb.


Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.


Albanezenin sözlərinə görə, Avstraliyanın təhlükəsizlik qurumları ötən ay Melburndakı sinaqoqun və Sidneydəki yəhudi restoranının yandırılması hadisələrinin arxasında Tehranın dayandığını müəyyən edib.


“Bu hücumlar qorxu yaratmaq məqsədi daşıyır və İran hakimiyyətinin cinayətkar və qorxaq davranışlarının bir hissəsidir. Biz İslam Respublikasının səfirini Avstraliyadan qovduq”,- deyə, nazir bildirib.


Elmin Alışov